Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda qeyri-adi zorlama faktı

© Photo : CLASHOTDəniz kənarında cütlük, arxiv şəkli
Dəniz kənarında cütlük, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ulduzların altında gəzinti tənha ananın zorlanması ilə nəticələnib

BAKI, 26 dek — Sputnik. Zorlama hadisəsi ilə bağlı növbəti ərizə Xəzər rayon Polis İdarəsinə, ötən bazar günü daxil olub. Cinayətin qurbanı 24 yaşlı qadın olub.

Zorlama. Arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Maştağada yeniyetmələr qızı belə zorladılar

Xəzər rayon Polis İdarəsindən Sputnik-ə verilən məlumata görə, dekabrın 25-də, 1992-ci il təvəllüdlü Z.A. polis idarəsinə müraciət edib. O bildirib ki, dekabrın 23-ü saat 21:00-da Mərdəkan qəsəbəsində, dəniz sahilində onu 1993-cü il təvəllüdlü T.C. zorlayıb.

İlkin araşdırma zamanı məlum olub ki, zərərçəkən boşanıb və azyaşlı uşaq böyüdür. Qadın etiraf edib ki, cavan oğlanla uzunmüddətli münasibətlər qurmaq ümidi ilə tanış olub.

Oğlan onu öz maşınına oturdub və dənizin sahilində gəzişməyi məsləhət görüb. O, söz verib ki, sadəcə ulduzların altında gəzişəcəklər. Qadın da razılaşıb.

Lakin dənizin sahilində oğlan onunla yaxınlıq etmək istəyib. Zərərçəkən müqavimət göstərməyə çalışsa da, əhəmiyyəti olmayıb. İşin materialları rayon prokurorluğuna göndərilib.

Xəbər lenti
0