02:07 23 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Zibillik

Nazirlik reyd keçirdi: cərimələnənlər var

© Sputnik / Rahim Zakiroğlu
HADİSƏ
Qısa URL
32 0 0

Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 17, icra qurumlarına 83, məhkəmələrə isə 2 iş göndərilib

BAKI, 21 dek — Sputnik. 01-15 dekabr 2016-cı il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. Bu barədə Sputnik-ə ETSN-in mətbuat xidmətindən məlumat verilib.

Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 105 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 4 müddətli "məcburi göstəriş" verilib.

Ümumilikdə, 25 iş üzrə 32780 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 11 iş üzrə 19787,2manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 131 iş üzrə 17515,22 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 17, icra qurumlarına 83, məhkəmələrə isə 2 iş göndərilib.

Əlaqədar

Hər gün toxunduğumuz ən çirkli 5 əşya
Çirkli suyu içməliyə çevirməyin ən asan üsulu tapılıb
"Ermənistanın "çirkli bomba"sı var"
Azərbaycanda 30 min hektara yaxın neftlə çirklənmiş ərazi var
Kür və Araz çaylarında çirklənmə normadan dəfələrlə artıqdır
Teqlər:
ətraf mühit, ziyan, torpaq, su, atmosfer, ETSN

Əsas mövzular