Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şəkidə güclü yanğın olub

Abunə olmaq
Ev sahibi sobaya odun qoyarkən, sobada olan köz yerə düşüb və daha sonra alov genişlənib

BAKI, 20 dek — Sputnik. Dünən axşam saatlarında, Şəkinin Mirzə Fətəli Axundov prospektində yanğın hadisəsi qeydə alınıb. Sputnik-in bölgə müxbiri xəbər verir ki, hadisə, Şəki sakini 1968-ci il təvəllüdlü Salahov Yusif Hümmət oğluna məxsus 120 kvm-lik evdə baş verib.

Yanğın - Sputnik Azərbaycan
HADİSƏ
Binəqədidə daha bir yanğın

Hadisə yerinə dərhal Şəki yanğından mühafizə hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı ikimərtəbəli evin 15 kvm-lik mətbəxi və tavan hissəsi tamamilə yanıb. Evin digər otaqları isə yanğınsöndürənlərin səyi nəticəsində mühafizə olunub.

Yanğın zamanı evdə tək olan Y. Salahov yanıq xəsarətləri alıb. Xəsarət alan şəxs təcili tibbi yardım işçilərinin ilk müdaxiləsindən sonra xəstəxanaya aparılıb.

İlkin məlumata görə, hadisə ehtiyyatsızlıq səbəbindən baş verib. Ev sahibi sobaya odun qoyarkən, sobada olan köz yerə düşüb və daha sonra alov genişlənib. Hadisənin dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

Xəbər lenti
0