Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Hyundai" ilə "KAMAZ" toqquşdu

© Sputnik / Maxim Bogodvid / Mediabanka keçidKamaz
Kamaz - Sputnik Azərbaycan
Abunə olmaq
Xilasedicilər hadisə yerinə cəlb olunaraq deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarmış və aidiyyatı üzrə təhvil veriblər

BAKI, 14 dek — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində "Hyundai" və "KAMAZ" markalı yük avtomobillərinin toqquşması nəticəsində yol nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub. FHN-in mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarmış və aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 05:28-də başa çatıb.

Xəbər lenti
0