Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Paytaxtda yaşayış binasında yanğın olub

© Sputnik / Murad OrujovYanğınsöndürən maşın
Yanğınsöndürən maşın - Sputnik Azərbaycan
Abunə olmaq
Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb və onun daha geniş əraziyə yayılmasının qarşısı alınıb

BAKI, 12 dek — Sputnik. Bu gün Bakıda yaşayış binasında yanğın baş verib. Sputnik xəbər verir ki, hadisə Rəşid Behbudov küçəsində, 8 saylı məktəbin qarşısında yerləşən yaşayış binasında qeydə alınıb.

Binadakı evlərdən birində baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən briqadası cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb və onun daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Xəbər lenti
0