Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Goranboyda ağır yol qəzası 3 can aldı

© Sputnik / Ilham MustafayevGoranboy-Ağcakənd yolunun Qaraqucaq kəndi ərazisində ağır yol qəzası baş verib
Goranboy-Ağcakənd yolunun Qaraqucaq kəndi ərazisində ağır yol qəzası baş verib - Sputnik Azərbaycan
Abunə olmaq
Ölənlərdən biri Goranboy rayon İcra hakimiyyəti başçısının köməkçisidir

İlham Mustafa, Sputnik Azərbaycan

Goranboy-Ağcakənd yolunun Qaraqucaq kəndi ərazisində ağır yol qəzası baş verib. Qəza zamanı"Niva" markalı avtomobil ilə "20-BR-771" dövlət qeydiyyat nişanlı "VAZ — 21011" avtomobili toqquşub. “Niva”nın sürücüsü Əliyev Fuad Əli oğlu hadisə yerində ölüb.

© Sputnik / Ilham MustafayevQəza zamanı yararsız hala düşmüş "VAZ-21011"
Qəza zamanı yararsız hala düşmüş VAZ-21011 - Sputnik Azərbaycan
Qəza zamanı yararsız hala düşmüş "VAZ-21011"

Digər nəqliyyat vasitəsində olan, rayonun Dəlimməmməd qəsəbə qəsəbə sakini, 1986-cı il təvəllüdlü Musayev Elsevər Yusif oğlu və Abbasqulular kənd sakini 1991-ci il təvəllüdlü Kazımov Rəşad Müslüm oğlu xəstəxanaya aparılan zaman dünyasını dəyişib. 

© Sputnik / Ilham Mustafayev“Niva”nın sürücüsü Əliyev Fuad Əli oğlu hadisə yerində ölüb
“Niva”nın sürücüsü Əliyev Fuad Əli oğlu hadisə yerində ölüb - Sputnik Azərbaycan
“Niva”nın sürücüsü Əliyev Fuad Əli oğlu hadisə yerində ölüb

“Niva” nın sürücüsü Fuad Əliyev Goranboy rayon İcra hakimiyyəti başçısının köməkçisidir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0