07:00 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
HADİSƏ
Qısa URL
69

Neftçalada 3 il əvvəl itkin düşən şəxsin həyat yoldaşı və oğlu tərəfindən yandırıldığı məlum olub

BAKI, 7 dek — Sputnik. Neftçala rayonunda qətli törətməkdə şübhəli bilinən ailə üzvləri saxlanılıb. Sputnik APA-ya istinadən xəbər verir ki, 2013-cü ilin iyul ayında itkin düşən, 1961-ci il təvəllüdlü Heybətov Aydın Dəmir oğlunun qətlə yetirildiyi məlum olub.

Neftçala rayonu Yuxarı Qaraymanlı kənd sakini Dəmir Heybətovun şikayəti əsasında aparılan istintaq zamanı məlum olub ki, adı çəkilən şəxs həyat yoldaşı və övladı tərəfindən qətlə yetirilib. Həmin ayda qətlə yetirilən A.Heybətovun meyiti yandırılıb və daha sonra qalıqları Kür çayına atılıb.

Mərhumun qətli törətməkdə şübhəli bilinən həyat yoldaşı, 1962-ci il təvəllüdlü Heybətova Tükəzban Habil qızı və oğlu, 1992-ci il təvəllüdlü Heybətov Emil Aydın oğlu polis tərəfindən saxlanılıb. Faktla bağlı Neftçala rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Əlaqədar

Anasını döyərək öldürdü
Qatil 23 il sonra öldürüldü
Uşaqları öldürən kabusa çarə tapıldı
Piyadanı vurub öldürən sürücü hadisə yerindən qaçıb
Qardaşı da onu axtarır, həyat yoldaşı da: biri öldürmək üçün, digəri...
Teqlər:
arvad, Neftçala, oğul, kişi, qətl, ana, ata

Əsas mövzular