16:28 28 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
7901

Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsində aparılmış auditin nəticələri açıqlanıb

BAKI, 7 dek — Sputnik. Hesablama Palatasının Kollegiya iclasında mövcud qanunvericiliyin tələbinə uyğun olaraq, 01.04.2015-01.07.2016-cı il dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsi (Şöbə) üzrə gəlir və xərclərin, həmçinin şöbənin saxlanılması xərclərinin icrasına dair auditin nəticələri nəticələri haqqında hesabat müvafiq qaydada təsdiq olunub.

Hesablama Palatasından Sputnik-ə verilən məlumata görə, audit prosesində riskəsaslı seçmə həyata keçirilib və araşdırma həmin işlər üzrə aparılıb. Araşdırma zamanı müəyyən edilib ki, audit olunan dövr ərzində Şöbənin "Yığım" hesabının mədaxili 73806796,03 manat, dövrün əvvəlinə qalığı da nəzərə almaqla məxarici isə 73954554,51 manat təşkil edib.

Sığortaedənlərin və sığortaolunanların qeydiyyatı və uçotu, əsasən mövcud qanunvericiliyin tələblərinə uyğun aparılıb, 01.07.2016-cı il tarixə Şöbədə 29701 sığortaedən qeydiyyatda olub ki, onlardan da 14869 sığortaolunan üzrə 299 hüquqi şəxsin, 688 sığortaolunan üzrə 1727 fiziki şəxsin və 908 torpaq mülkiyyətçisi olmaqla cəmi 2934 sığortaedənin fəaliyyəti olub.

"Audit olunan dövr ərzində Şöbənin məcburi dövlət sosial sığorta haqları, penya və maliyyə sanksiyaları üzrə gəlirləri ümumilikdə 12969,1 min manat təşkil edib, həmin vəsaitin də 12878,5 min manatı və ya 99,3%-ini məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərdən, 87,5 min manatını və ya 0,7%-ini penyalardan, 3,1 min manatı isə digər gəlirlərdən ibarət olub. Audit olunan dövr ərzində məcburi dövlət sosial sığorta haqqı hesabına ümumilikdə 658175,34 manat məbləğində müavinət, işləməyən pensiyaçılar üzrə ümumilikdə 384329,45 manat məbləğində dəfn üçün müavinət ödənilib", — məlumatda bildirilir.

Araşdırma zamanı müəyyən edilib ki, məcburi dövlət sosial söğorta haqları üzrə mövcud potensialdan tam istifadə edilməyib, sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqqının hesablanması və ödənişində nöqsanlar olub, debitor borcların aradan qaldırılması istiqamətində Şöbənin fəaliyyəti qənaətbəxş olmayıb, qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər tam həyata keçirilməyib: "Əmək pensiyalarının təyinatı və ödənişi araşdırılarkən müəyyən edilub ki, audit olunan dövr ərzində 1499 yeni pensiya təyinatı aparılıb, 7 pensiya işi Fondun digər rayon şöbələrindən daxil olub, 30 pensiya işi Fondun digər rayon şöbələrinə göndərilməsi, 149 pensiya işi 5 il müddətin bitməsi, 1515 pensiya işi isə pensiyaçının vəfatı ilə əlaqədar olaraq uçotdan çıxarılıb".

"Yeni təyin olunmuş pensiya işlərinin 884-ü və ya 59,0%-i yaşa görə, 470-i və ya 31,3%-i əlilliyə görə, 145-i və ya 9,7%-i ailə başçısının itirilməsi səbəbindən təyin edilmiş pensiya işləri olub. 01.07.2016-cı il tarixə Şöbə üzrə 29697 pensiya işi, o cümlədən 17393 ədəd yaşa görə (58,6%), 9536 ədəd əlilliyə görə (32,1%) və 2768 ədəd ailə başçısını itirmiş ailələrin (9,3%) pensiya işi mövcud olub", — Palatadan bildirilib.

Pensiya təyinatı və ödənişi üzrə bir sıra hallarda pensiya təyinatı üçün müraciət edən şəxslərin iş (sosial sığorta) stajları haqqında məlumatlar, onların əmək fəaliyyəti ilə məşğul olub-olmadıqları ətraflı araşdırılmadan, düzgün hesablamalar aparılmadan pensiya təyinatı aparılıb, sığorta stajının, ailə başçısının itirilməsinə görə əmək pensiyası hüququ olan ailə üzvlərinin düzgün nəzərə alınmaması, vəfat etmiş şəxsin sığorta stajı üzrə hesablanmış pensiya məbləğinin ailə başçısının itirilməsinə görə əmək pensiyası hüququ olan ailə üzvləri arasında düzgün bölüşdürülməməsi, pensiyanın baza hissəsinin düzgün hesablanmaması kimi nöqsanlara yol verilib.

Pensiya islahatlarının aparılması və fərdi uçot sisteminin tətbiqi vəziyyəti araşdırılarkən müəyyən edilib ki, B1 formalı "Sığortaedənin Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu orqanlarında məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatı" bəzi sığortaedənlər tərəfindən vaxtında təqdim edilmir ki, bu vəsaitlərin fərdi hesablara işlənilməsinə maneə yaradır.

Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsi tərəfindən yol verilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə müvafiq Təqdimat Lənkəran şəhər şöbəsinə, Kollegiya qərarının surəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib. Auditin nəticələri barədə Azərbaycan Respublikasının Milli Məclisinə məlumat təqdim edilib.

Əlaqədar

Əlilliyi olan gənclər cəmiyyətdəki nöqsanları dilə gətirdilər
İnstitut rəhbəri nöqsanlara görə işdən qovuldu
"Türkiyə ilə münasibətlərimizdə daha az nöqsanlarımız olacaq"
Nöqsanlara yol verən 100 nəfər nazirlik və komitə işçisi vəzifədən azad olunub
Azərbaycan - Avropa Şurası münasibətləri: uğur və nöqsanlarımız
Teqlər:
fond, araşdırma, qanun pozuntusu, nöqsan, Hesablama Palatası

Əsas mövzular