Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Zibil boşaldarkən canından oldu

© Sputnik / Rahim ZakiroğluZibillik
Zibillik - Sputnik Azərbaycan
Abunə olmaq
O, traktorun qoşqusundan zibil boşaldan zaman, qoşqunun lafeti onun üzərinə aşıb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 2 dek — Sputnik. Dünən axşam saatlarında Şəkidə bədbəxt hadisə baş verib. Hadisə Şəkinin zibillik poliqonunda yaşanıb.

Şəki sakini Mustafazadə Asim İsfəndiyar oğlu, poliqonda idarə etdiyi "Belarus" markalı traktorun qoşqusundan zibil boşaldərkən, ehtiyyatsızlıqdan qoşqunun lafeti onun üzərinə aşıb. Hadisə zamanı onun yanında heç kim olmayıb.

Zibil yeşikləri - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yasamal sakinləri zibilə düşüblər

Sputnik-in bölgə müxbirinin əldə etdiyi məlumata görə, dünyasını dəyişən şəxs Şəki Olimpiya Kompleksinin əməkdaşı olub. Əməkdaşlar onun 1 saat ərzində gəlmədiyini gördükdə zibillik poliqonuna gəliblər və onu orada keçinmiş halda tapıblar.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki yanğından mühafizə hissəsinin xilasediciləri və həkim briqadası cəlb olunub. Əraziyə gələn xilasedicilər Asim Mustafazadənin sıxılıb qalmış cəsədini çıxardaraq aidiyyatı üzrə təhvil veriblər.

Faktla bağlı Şəki ŞRPŞ-nin istintaq bölməsi tərəfindən araşdırmalar aparılır. Hadisənin dəqiq olaraq hansı səbəbdən baş verdiyi aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

Xəbər lenti
0