Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Nəhəng ilan kənd sakinlərini qorxuya salıb

© Sputnik / I. Mukhinİlan
İlan - Sputnik Azərbaycan
Abunə olmaq
İlanın diametri təxminən 40 sm, uzunluğu isə 1.5 metrdən çoxdur

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 30 noy- Sputnik. Zaqatalada maraqlı hadisə baş verib. İlin bu fəslində qış yuxusuna getməli olmasına baxmayaraq, 1.5 metrdən çox uzunluğu olan ilan, rayonun Yuxarı Çardaqlar kənd sakinlərini təşvişə salıb.

Ayaqlı ilan - Sputnik Azərbaycan
Əgər mutasiya baş verməsəydi, görün, ilanlar necə olardı

Kənd sakinlərinin Sputnik-in bölgə müxbirinə verdikləri məlumata görə, itburnu yığmaq üçün dağa çıxan insanlar, qəfildən dağın ətəyində ilanla rastlaşıblar. Sakinlər köməkləşərək çətinliklə də olsa, daş və ağacla ilanı öldürüblər.

Onların dediklərinə görə, ilin bu fəslində ilanın görünməsi nadir haldır. Sakinləri təəccübləndirən isə belə şaxtalı havada ilanın aktiv olması, həm də onlara hücüm etməsidir.

Öldürülən ilanın diametri təxminən 40 sm, uzunluğu isə 1.5 metrdən çox olub. Maraqlısı da odur ki, ilanın öldürüldüyü yer kənd evlərindən cəmi 100 metr aralıdır.

Qeyd edək ki, son iki ildə Şəki-Balakən və Oğuz-Qəbələ bölgəsində ilanlar nəzərəçarpacaq dərəcədə artıb. Bu, özünü ən çox yay aylarında göstərirdi. Bölgədə qışda ilanlara təsadüf edilməsi halları da artıb. Bir müddət əvvəl Şəki sakinləri yağan qarın üstündə sürünən gürzə ilə rastlaşmışdılar.

Xəbər lenti
0