Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda qeyri-adi maskalı adamlar saxlanılıb

© Sputnik / Grigory Sysoyev / Mediabanka keçidMaskalı şəxs
Maskalı şəxs - Sputnik Azərbaycan
Abunə olmaq
Araşdırma zamanı məlum olub ki, onların həmin gecə cinayət törədəcəkləri ortaya çıxıb

BAKI, 24 noy — Sputnik. Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinin əməkdaşları, Çevik Polis Alayından olan həmkarları ilə birlikdə, mağaza yaramağa hazırlaşan qarətçiləri zərərsizləşdiriblər. Bu barədə Sputnik-ə Bakı şəhər Baş Polis İdarəsindən məlumat veriblər.

Уличные дети. Архивное фото - Sputnik Azərbaycan
Uşaqların törətdikləri cinayətlərin statistikası açıqlandı

Noyabrın 22-də, gecənin qaranlığında əməliyyatçılar Maştağa qəsəbəsinin 1978-ci il təvəllüdlü sakini Ənvər İbrahimov və 1992-ci il təvəllüdlü sakini Kənan Məmmədzadəni saxlayıblar. Saxlanılan şəxslərin üzərində yoxlama aparılarkən, onlardan iki ədəd qeyri-adi maska və 3 ədəd bıçaq götürülüb.

Araşdırma zamanı məlum olub ki, İbrahimov və Məmmədzadə həmin gecə cinayət əməli törətməyi planlaşdırıbmış. Onlar etiraf ediblər ki, Maştağa qəsəbəsində yerləşən "24 saat" mağazasını qarət etməyə hazırlaşıblar.

Qeyri-adi maskalar isə, idman papaqları və yaxud da kapron corablardan deyil, qadınların alt paltarından hazırlanmış maskalar olub. "Ola bilsin, bu maskaları nənələrinin tumanlarından düzəldiblər", — deyə polis zarafatla bildirib.

Öz növbəsində hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxslərlə bağlı araşdırma aparıblar ki, onlar əvvəllər cinayət törədiblər, ya yox. Amma məlum olub ki, onların adları heç bir cinayət işində hallanmayıb.

Saxlanılan şəxslərin sözlərinə görə, onlar maddi vəziyyətlərini yaxşılaşdırmaq arzusu ilə qarətə hazırlaşıblar. Lakin onların iş tapmaq cəhdləri uğurla nəticələnməyib.

Qeyd edək ki, qabaqcadan hazırlanmış cinayətin baş tutmasının qarsısın vaxtında alınmasında 14-cü polis bölməsinin cinayət-axtarış şöbəsinin baş əməliyyat müvəkkili Qarayev xüsusi fərqlənib.

Xəbər lenti
0