17:28 10 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0268
  • EUR1.8813
HADİSƏ

Qaz idarəsinin işçisini qətlə yetirdilər

HADİSƏ
Qısa URL
29101

Əməliyyatçılar qətldə şübhəli bilinən yerli sakinin ölkədən çıxışına qadağa qoyublar və qətlin səbəbləri araşdırılır

BAKI, 14 noy — Sputnik. Ağstafa rayon Qaz İstismar İdarəsinin sürücüsü aldığı kəllə-beyin travması nəticəsində dünyasını dəyişib. Bu barədə Sputnik-ə Ağstafa rayon Polis İdarəsindən məlumat veriblər.

Qətl hadisəsi bazar günü saat doqquz radələrində qeydə alınıb. 1983-cü il təvəllüdlü Ağstafa şəhər sakini Hacıyev Tural Vaqif oğlu kəllə-beyin travması diaqnozu ilə rayon Mərkəzi Xəstəxanasına gətirilib. Kişi xəstəxanaya çatdırılandan bir neçə dəqiqə sonra beyin qanaması nəticəsində dünyasını dəyişib.

Məlum olub ki, Hacıyevi öz avtomobilində xəstəxanaya gətirən şəxs dərhal yoxa çıxıb. Lakin əməliyyatçılar tezliklə həmin adamın şəxsiyyətini müəyyənləşdiriblər. Həmin şəxs 1985-ci il təvəllüdlü Əliyev Samir Hüseyn oğlu olub. O, qətlin törədilməsində şübhəli bilinir. İlkin məlumatlara görə, Əliyev Hacıyevin başına küt alətlə zərbə endirib.

Hələlik qətlin motivi bəlli deyil və Əliyev saxlanılmayıb. Hazırda bu istiqamətdə operativ axtarış tədbirləri həyata keçirilir. Polis əmindir ki, Əliyev ölkə hüdudlarını tərk etməyib, çünki axtarışda olan şəxslərin ölkədən çıxışına dərhal qadağa qoyulur. Rayon prokurorluğunda fakt üzrə araşdırma aparılır.

Əlaqədar

Qalmaqallı qətlin sifarişçisi Lənkəranski deyilmiş
Əməkdar artistin qardaşı öz qohumunun qətlində iştirak edib
Lənkəranskinin qətli ilə bağlı yeni faktlar ortaya çıxıb
Keçmiş arvadını qətlə yetirdi, baldızını isə yaraladı
Oğul 78 yaşlı atasını qətlə yetirib
Teqlər:
xəstəxana, polis, qətl, kəllə-beyin travması, Qaz İstismar İdarəsi, Ağstafa

Əsas mövzular