Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sərxoş sürücülər ucbatından 30 yol qəzası baş verib

© Photo : REPORTAğır yol qəzası. Arxiv şəkil
Ağır yol qəzası. Arxiv şəkil - Sputnik Azərbaycan
Abunə olmaq
2015-ci ilin müvafiq dövrünə nisbətən hadisələrin sayı 9,9 faiz, zərərçəkənlərin sayı isə 11,9 faiz azalıb. Zərərçəkənlərin 1555 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb, 571 nəfəri isə həlak olub.

BAKI, 12 noy — Sputnik. 2016-cı ilin yanvar-sentyabr aylarında ölkə üzrə yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayının azalması müşahidə olunub. Bu barədə Sputnik-ə Dövlət Statistika Komitəsinin (DSK) mətbuat xidmətindən məlumat verilib.

Yol polisi - Sputnik Azərbaycan
HADİSƏ
Bakıdakı yol qəzalarının 55 faizi piyadaların vurulması ilə bağlıdır

Bildirilib ki, 2015-ci ilin müvafiq dövrünə nisbətən hadisələrin sayı 9,9 faiz, zərərçəkənlərin sayı isə 11,9 faiz azalıb. Zərərçəkənlərin 1555 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb, 571 nəfəri isə həlak olub.

Yol-nəqliyyat hadisələrinin çox hissəsi (1302) yaşayış məntəqələrində baş verib, nəticədə 1827 nəfər zərər çəkmiş, onlardan 374 nəfər həlak olub, 1453 nəfər isə yaralanıb. 2015-ci ilin eyni dövrü ilə müqayisədə ölənlərin sayı 15,8 faiz, yaralananların sayı isə 11,2 faiz azalıb.

"Bütün yol-nəqliyyat hadisələrinin 41,0 faizi nəqliyyat vasitələrinin və piyadaların iştirakı ilə, 21,6 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə, 37,4 faizi bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş və 2015-ci ilin müvafiq dövrünə nisbətən hadisələrin sayı müvafiq olaraq 6,7 faiz, 18,2 faiz və 7,9 faiz azalıb. Yol-nəqliyyat hadisələrinin 44,2 faizi gündüz, 38,5 faizi gecə, 17,3 faizi isə toran vaxtı baş verib. Hadisələrin 29,0 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib", — DSK-dan qeyd olunub.

"Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 30 hadisə baş verib, nəticədə 45 nəfər zərər çəkib. Belə hadisələrin 80,0 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib", — məlumatda bildirilir.

2016-cı ilin yanvar-sentyabr aylarında yol-hərəkəti qaydaları əleyhinə 2231,6 min və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 22,5 faiz çox inzibati xəta aşkarlanıb. Xətaların 51,8 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 10,7 faizi dayanma və ya durma qaydalarının pozulması, 4,5 faizi yol ayrıcını keçmə, 4,2 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 4,2 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb. Qaydaların pozulmasına görə 61,3 milyon manat məbləğində cərimələr tətbiq edilib.

Xəbər lenti
0