Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Gömrükçülər külli miqdarda qaçaqmal siqaret ələ keçirdilər

© Sputnik / Igor Zarembo / Mediabanka keçidKülli miqdarda qaçaqmal siqaret ələ keçirildi
Külli miqdarda qaçaqmal siqaret ələ keçirildi - Sputnik Azərbaycan
Abunə olmaq
Yoxlama zamanı avtomobilin arxa oturacağının altından və yük yerindən gömrük nəzarətində gizlədilən 17 400 ədəd siqaret aşkar edilib

BAKI, 12 noy — Sputnik. Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib. Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, yoxlama zamanı avtomobilin arxa oturacağının altından və yük yerindən gömrük nəzarətində gizlədilən 17 400 ədəd siqaret aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0