BAKI, 11 noy — Sputnik. Bu gün günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan birmərtəbəli 2 otaqlı evin mətbəxində məişət əşyaları və 15 m2 sahədə tavan yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.