BAKI, 10 noy — Sputnik. Bu gün günorta saatlarında Kürdəmir rayonu, Şahsevən kəndində vətəndaşa məxsus ümumi sahəsi 216 m2 olan kürsülü birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin mətbəxinin yanar konstruksiyaları 16 m2 sahədə yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.