19:38 21 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9658
Ağır yol qəzası. Arxiv şəkil

Gəncədə ağır qəza, ölənlər var

© Foto: REPORT
HADİSƏ
Qısa URL
490 0 0

Ölənlər 1985-ci il təvəllüdlü Şəmkir sakini Vüsal Əhmədov və 1960-cı il təvəllüdlü Gədəbəy sakini Rafiq Hüseynovdur.

BAKI, 31 okt — Sputnik. Gəncənin qərb çıxacağında ağır yol nəqliyyat qəzası baş verib.

APA-nın verdiyi xəbərə görə, ilkin məlumata əsasən, “VAZ 2106” və ““Volkswagen Passat”” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər ölüb, 4 nəfər isə ağır bədən xəsarətləri alıb.

Xəsarət alanlar "“Volkswagen Passat”"-da olan Şəmkir rayon Seyfəli kənd sakinləri, 1987-ci il təvəllüdlü Rəşad Namazov, 1992-ci il təvəllüdlü Ricat Qafarov, 1989-cu il təvəllüdlü Pərviz Mahmudov və 1987-ci il təvəllüdlü Nicat Zeynalovdur. 

Ölənlərdən ikisinin şəxsiyyəti məlumdur.

Bunlar 1985-ci il təvəllüdlü Şəmkir sakini Vüsal Əhmədov və 1960-cı il təvəllüdlü Gədəbəy sakini Rafiq Hüseynovdur.

Əsas mövzular