Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Xaçmazda partlayış baş verib

© Photo : berkemeyer/pixabayYanğın
Yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə zamanı 1 nəfər yüngül yanıq xəsarətləri ilə Təcili Tibbi Yardım tərəfindən Mərkəzi Şəhər Xəstəxanasına aparılıb

BAKI, 29 okt — Sputnik. Bu gün axşamüstü Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində vətəndaşa məxsus ümumi sahəsi 289 m2 olan birmərtəbəli 6 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, yanğın nəticəsində evin tavanı 2 m2 sahədə yanıb.

Hadisə zamanı 1 nəfər yüngül yanıq xəsarətləri ilə Təcili Tibbi Yardım tərəfindən Mərkəzi Şəhər Xəstəxanasına aparılıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti
0