Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanlı general dünyasını dəyişdi

© Sputnik / Murad OrujovMüdafiə Nazirliyi
Müdafiə Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Uzun sürən xəstəlikdən sonra istefada olan general-mayor Əli İmran oğlu Kazımov vəfat edib

BAKI, 27 okt — Sputnik. Azərbaycan Silahlı Qüvvələrinə ağır itki üz verib. Belə ki, uzun sürən xəstəlikdən sonra istefada olan general-mayor Əli İmran oğlu Kazımov 2016-cü il oktyabr ayının 26-da ömrünün 60-cı ilində vəfat edib. Bu barədə Sputnik-ə Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

Министерство обороны Азербайджанской Республики - Sputnik Azərbaycan
Nəcməddin Sadıkov amerikalı generalla görüşüb

Əli İmran oğlu Kazımov 17 fevral 1956-cı ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nürgüd kəndində anadan olub. 1973-cü ildə Bakı şəhərindəki 8 nömrəli orta internat məktəbini bitirdikdən sonra S.M.Kirov adına Qırmızıbayraqlı Xəzər Ali Hərbi-Dəniz Məktəbinə daxil olub və şturman fakültəsini müvəffəqiyyətlə başa vuraraq "mühəndis — şturman" ixtisasına yiyələnib.
Ə.İ.Kazımov 1978-1989-cu illərdə Şimal Donanmasında xidmət edərək mühafizə gəmisində şturman, atom sualtı qayığında qrup komandiri, xilasedici gəmilər divizionu komandiri və maqnitsizləşdirmə gəmisinin komandiri vəzifəsinin icraçısı kimi göstərilən etimadı layiqincə doğruldub.

© Foto: mod.gov.azİstefada olan general-mayor Əli İmran oğlu Kazımov vəfat edib
İstefada olan general-mayor Əli İmran oğlu Kazımov vəfat edib - Sputnik Azərbaycan
İstefada olan general-mayor Əli İmran oğlu Kazımov vəfat edib

1989-1992-ci illərdə Leninqrad şəhərində Arxa Cəbhə və Nəqliyyat Hərbi Akademiyasının komandanlıq fakultəsində ali hərbi təhsil alan zabit Ə.İ.Kazımov SSRİ dağıldıqdan sonra könüllü olaraq 2-ci dərəcəli kapitan kimi Azərbaycana qayıtmış və 1992-ci ilin sentyabrından 1993-cü ilin noyabr ayınadək Hərbi Dəniz Qüvvələri qərargahının təşkilat-səfərbərlik və komplektləşdirmə bölməsinin rəisi vəzifəsində xidmətini davam etdirib. 1993-cü ilin dekabr ayından 1994-cü ilin sentyabr ayınadək cəbhə bölgəsində "N" nömrəli briqada komandirinin arxa cəbhə üzrə müavini vəzifəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edib.

Şimon Peres - Sputnik Azərbaycan
İsrailin əfsanəvi lideri vəfat edib

1995-ci ildə Bakı Ali Hərbi Dənizçilik Məktəbində "İqtisadiyyat və qoşun təsərrüfatı", "Qoşunların arxa cəbhəsi" kafedralarının rəisi, 1995-ci ilin iyun ayından isə Müdafiə Nazirliyi Təşkilat-Səfərbərlik İdarəsi rəisinin müavini və Təşkilat-Səfərbərlik İdarəsinin rəisi-Baş Qərargah rəisinin müavini vəzifəsini icra edib. Azərbaycan Respublikası Müdafiə nazirinin 25 fevral 1996-cı il tarixli əmri ilə Ə.İ.Kazımova "1-ci dərəcəli kapitan" və Azərbaycan Respublikası Prezidentinin 25 may 1998-ci il tarixli əmri ilə "general-mayor" ali hərbi rütbəsi verilib.

Sonralar müdafiə nazirinin məsləhətçisi, Müşavirlər qrupunun müşaviri, İnspektorlar qrupunun inspektoru vəzifələrində xidmət edən general-mayor Əli İmran oğlu Kazımov 17 oktyabr 2014-cü ildə xəstəliyə görə istefaya buraxılıb. Onun Vətən qarşısındakı xidmətləri yüksək qiymətləndirilərək 10 döyüş medalı ilə təltif olunub və müxrəlif mükafatlara layiq görülüb. Azərbaycan Respublikasının Silahlı Qüvvələr və müharibə veteranı idi. Xidmət etdiyi dövrdə daima hərbi kollektivdə nüfuz qazanmış, komandanlığın etimadını doğruldub.

Xəbər lenti
0