Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıdakı məşhur zavod kanalizasiya axıntılarının altında qalıb

© Photo : Rəsmi Facebook səhifəsiBünyad Sərdarov adına Maşınqayırma Zavodu
Bünyad Sərdarov adına Maşınqayırma Zavodu - Sputnik Azərbaycan
Abunə olmaq
Zavodun ətrafında yerləşən yaşayış binalarının kanalizasiya xətti olmadığından, həmin binaların çirkab suları zavodun ərazisinə axır

BAKI, 20 okt — Sputnik. Bakının Binəqədi rayonu ərazisində yerləşən, Bünyad Sərdarov adına Maşınqayırma Zavodunun həyətini su basıb. Niyazi Qasimov adlı vətəndaşın Sputnik-in redaksiyasına göndərdiyi videoadan görünür ki, zavodun ərazisi çirkab sularının altında qalıb.

Vətəndaş yazır ki, zavodun ətrafında yerləşən yaşayış binalarının kanalizasiya xətti olmadığından, həmin binaların çirkab suları zavodun ərazisinə axır. Son hadisələr nəticəsində zavodun avadanlıqlarının, elektrik transformatorlarının su altında qaldığı bildirilir.

Xəbər lenti
0