Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Gəncədə dönərxana yandı

Abunə olmaq
Yaxınlıqdakı digər ticarət obyektləri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

BAKI, 17 okt — Sputnik. Oktyabrın 17-ə keçən gecə Gəncə şəhəri, Kəpəz rayonunda bir dam altında tikilmiş, vətəndaşa məxsus, ümumi sahəsi 20 m2 olan dönərxananın yanar konstruksiyaları, digər vətəndaşa məxsus ümumi sahəsi 28 m2 olan məişət mallarının satışı mağazası və yaxınlıqda tikilmiş ümumi sahəsi 8 m2 olan köşkün yanar konstruksiyaları və 9 ədəd şam ağacı (ümumi 65 m2 sahədə) yanıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, yaxınlıqdakı digər ticarət obyektləri yanğından mühafizə olunub. Yanğın saat 03:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti
0