BAKI, 14 okt — Sputnik. Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. FHN-in mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və vətəndaşı aidiyyati üzrə təhvil veriblər.