Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Heyvanlar tərəfindən parçalanmış kişi meyiti tapıldı

Abunə olmaq
Meyitin qollarının və ayaqlarının heyvanlar tərəfindən parçalandığı məlum olub

BAKI, 13 okt — Sputnik. Bakıda heyvanlar tərəfindən parçalanmış kişi meyiti aşkarlanıb. APA-nın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu ərazisində qeydə alınıb.

Sakinlər rayonun Puta qəsəbəsinə gedən yolda, yol kənarında naməlum meyitin itlər tərəfindən parçalandığının şahidi olublar. Dərhal əraziyə polis əməkdaşları çağırılıb.

Hadisə yerinə baxış keçirilərkən meyitin qollarının və ayaqlarının heyvanlar tərəfindən parçalandığı məlum olub. Meyit müayinə olunmaq üçün ekspertizaya göndərilib. Hazırda ölən şəxsin kimliyinin və ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Xəbər lenti
0