Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda professor dərs zamanı vəfat etdi

© Photo : musavat.comProfessor Qüdrət Əbdülsəlimzadə, arxiv şəkli
Professor Qüdrət Əbdülsəlimzadə, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Professor Qüdrət Əbdülsəlimzadə dərs zamanı auditoriyada dünyasını dəyişib

BAKI, 13 okt — Sputnik. Bu gün Bakıdakı universitetlərdən birində ölüm hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Bakı Biznes Universitetində dərs deyən tanınmış alim, professor Qüdrət Əbdülsəlimzadə dərs zamanı auditoriyada vəfat edib.

Qeyd edək ki, Q.Əbdülsəlimzadə 1990-cı ildə 20 Yanvar şəhidlərinin dəfn komissiyasının sədri olub. O, Bakı Metropolitenində rəhbər vəzifədə çalışıb və daha sonra pedoqoji fəaliyyətə keçib.

Onu da qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan Universitetində də müəllim dərs prosesi zamanı vəfat etmişdi.

Xəbər lenti
0