Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Mənzilə civə dağıldı

© Photo : STRCivə
Civə - Sputnik Azərbaycan
Abunə olmaq
Kimyəvi maddə FHN-in Mülki Müdafiə Qoşunlarının Radiasiya və Kimya laboratoriyasının kimyaçı mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib

BAKI, 6 okt — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtda təhlükəli vəziyyətlə bağlı məlumat daxil olub. Sputnik nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda yerləşən mənzillərdən birində termometr sınıb, nəticədə daxilindəki civə ətrafa dağılıb.

Maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının Radiasiya və Kimya laboratoriyasının kimyaçı mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib.

Xəbər lenti
0