Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Paytaxtdakı nəhəng zavodda yanğın: xəsarət alanlar var

© Photo : 1news.az"Baku Steel Company" zavodunun inzibati binası
Baku Steel Company zavodunun inzibati binası - Sputnik Azərbaycan
Abunə olmaq
"Baku Steel Company"də alov fəhlələrin üzərinə püskürüb, 4 nəfər yaralanıb

BAKI, 3 okt — Sputnik. Bakı şəhəri, Nərimanov rayonu, Z.Bunyadov prospektində yerləşən "Baku Steel Company" Zavodunda istehsalat qəzası baş verib. "Report"un xəbərinə görə, alov püskürməsi nəticəsində orada çalışan 4 nəfər yanıq xəsarətləri alıb.

Həmin şəxslər 1961-ci il təvəllüdlü İmran Qasımov, 1964-cü il təvəllüdlü Şahin Əliyev, 1973-cü il təvəllüdlü Kamil Məmmədov və 1987-ci il təvəllüdlü Rəşad Veyisovdur. Onlar 5 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

Xəsarət alanlardan Rəşad Veyisov ambulator müayinə olunduqdan sonra evə buraxılıb. Lakin yaralılardan üçünün vəziyyəti ağırdır. Belə ki, Kamil Məmmədovun bədəninin 70 faizi, Şahin Əliyevin isə bədəninin 67 faizi yanıb. Bundan başqa, İmran Qasımov şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyindən, onun da səhətində ciddi problemlər yaranıb. Hazırda hər üç şəxs həkim nəzarətindədir.

Xəbər lenti
0