Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Günəşli" yatağında başlayan yanğın söndürülüb

© Photo : AzadliqRadiosuGünəşli
Günəşli - Sputnik Azərbaycan
Abunə olmaq
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri özüldə olan 69 nəfəri "Vixr-5" yanğınsöndürmə gəmisinə təxliyyə ediblər

BAKI, 27 sen — Sputnik. Xəbər verildiyi kimi, 26 sentyabr 2016-cı il tarixində "Azneft" İB-nin "28 May" adına NQÇİ-nin "Günəşli" yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxmış və açıq fontana çevrilib, saat 18:00 radələrində isə fontanın bağlanması ilə bağlı aparılan işlər zaman qaz təzahürünün ani alışması nəticəsində yanğın hadisəsi baş verib. Dərhal FHN DYMX-nin yanğınsöndürən-xilasediciləri özüldə olan 69 nəfəri "Vixr-5" yanğınsöndürmə gəmisinə təxliyyə ediblər.

Sputnik Fövqəladə Hallar Nazirliyi və SOCAR-ın birgə məlumatına istinadən xəbər verir ki, baş vermiş yanğın SOCAR-ın prezidenti Rövnəq Abdullayevin rəhbərliyi və fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Füzuli Əsədovun iştirakı ilə Fövqəladə Hallar Nazirliyinin digər aidiyyəti qurumlarla birgə səyləri nəticəsində səhər saatlarında söndürülüb, həmçinin, qaz təzahürünün qarşısı alınıb.

Xəbər lenti
0