Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qazaxda 16 yaşlı oğlan həmyaşıdını qətlə yetirib

© Sputnik / Murad OrujovУдар ножом в сердце. Архивное фото
Удар ножом в сердце. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Taleh Bayramoğlu müəllim yanına hazırlığa gedərkən öz yaşında olan yeniyetmə tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

BAKI, 23 sen-Sputnik. Qazaxda 16 yaşlı oğlan qətlə yetirilib.

Sputnik APA-ya istinadla xəbər verir ki, hadisə bu gün günorta saatlarında Qazax şəhərində qeydə alınıb.

Rayonun Dəmirçilər kənd sakini, 2000-ci il təvəllüdlü Taleh Bayramoğlu müəllim yanına hazırlığa gedərkən öz yaşında olan yeniyetmə tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Qazax rayon Polis Şöbəsindən verilən məlumata görə, qətli törədən yeniyetmə artıq saxlanılıb.

Fakt üzrə Qazax rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

Xəbər lenti
0