Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Oğlunu hərbi xidmətə yola salıb intihar etdi

Abunə olmaq
Özünü asan Samux sakininin cansız bədənini məktəbli qızı və həyat yoldaşı tapıb

BAKI, 22 sen — Sputnik. Samux rayon Lək kənd sakini, 1973-cü il təvəllüdlü Rüstəm Məmmədov bu gün səhər saatlarında yaşadığı evin həyətində mal-qara saxladığı tövlədə özünü asıb. Bu barədə kəndin icra nümayəndəliyindən Sputnik-in bölgə müxbirinə məlumat verilib.

Повесившийся в лесу человек. Архивное фото - Sputnik Azərbaycan
İki gənc intihar etdi

Məlumata görə, iki qızı, bir oğlu olan R. Məmmədovun heç kimlə problemi olmayıb və kənddə yaxşı bir insan kimi tanınıb. Sentyabrın 11-də onun oğlu hərbi xidmətdən 10 günlük mənzuniyyətə gəlib. İntihardan bir gün əvvəl isə ata oğlunu öz hərbi hissəsinə yola salıb.

Hərbi xidmətdə olarkən cərrahiyə əməliyyatı keçirdiyi üçün mənzuniyyətə gələn oğlu isə gələn ay hərbi xidməti başa vurmalıdır. R. Məmmədovun cansız bədənini mərhumun məktəbli qızı və həyat yoldaşı tapıb.

Faktla bağlı Samux Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər lenti
0