09:45 25 Fevral 2018
Canlı yayım
Bakıda Milli Şuranın mitinqi. 11 sentyabr 2016-cı il

BŞBPİ: Milli Şuranın mitinqində 800 nəfərədək insan iştirak edib

© Foto: PUBLIC DOMAIN
HADİSƏ
Qısa URL
4201

Saat 15:00-dan 17:00-dək davam edən toplantıda aksiyada ümumi sayı 800 nəfərədək olan insan iştirak edib.

BAKI, 17 sen — Sputnik. Sentyabrın 17-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, saat 15:00-dan 17:00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 800 (səkkiz yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

Mitinq zamanı ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

Əsas mövzular