10:48 23 Fevral 2018
Canlı yayım
Vanda terror

Türkiyədə antiterror əməliyyatı: 8 əsgər həlak olub, 13 terrorist zərərsizləşdirilib

© Foto: AA
HADİSƏ
Qısa URL
1801

Van valiliyindən verilən açıqlamada bildirilib ki, yaralılar xəstəxanalarda müalicələrini davam etdirir və vəziyyətləri yaxşıdır. Bölgədə hava dəstəkli əməliyyat davam edir.

BAKI, 3 sen — Sputnik. Türkiyənin Van vilayətinin  Çaldıran rayonunda PKK-ya qarşı aparılan əməliyyatda 8 əsgərin həlak olduğu, 8 əsgərin yaralandığı bildirilib, əməliyyatda 13 terrorist zərərsizləşdirilib.

Sputnik “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Çaldıran mahalının Tendürek dağında PKK-ya qarşı həyata keçirilən əməliyyat zamanı qarşıdurma yaşanıb.

Van valiliyindən verilən açıqlamada bildirilib ki, yaralılar xəstəxanalarda müalicələrini davam etdirir və vəziyyətləri yaxşıdır. Bölgədə hava dəstəkli əməliyyat davam edir. 

Türkiyə Hava Qüvvələrinə aid döyüş təyyarələri ilə bu gün Tendürek bölgəsində üç hava hərəkatı həyata keçirilərək 13 terrorist zərərsizləşdirilib.

Əsas mövzular