Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yenə yağış olacaq

© Sputnik / Murad OrujovYağış
Yağış - Sputnik Azərbaycan
Abunə olmaq
Sabah günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir.

BAKI, 2 sen — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.  

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 25-28, Bakıda gecə 19-21, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında sentyabrın 3-də şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz bəzi rayonlarda tədricən kəsiləcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 26-31, dağlarda gecə 10-15,  gündüz 16-21 dərəcə isti olacaq. 

Sentyabrın 3-4-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.

Xəbər lenti
0