13:48 04 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0484
HADİSƏ
Qısa URL
145 0 0

Turistlərdən 16 nəfər Şamaxı rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Onlardan 10 nəfər ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

BAKI, 30 avq — Sputnik. Avqustun 29-da Qəbələdən Bakıya gələrkən İsmayıllı rayonu ərazisində mikroavtobusun qəzaya uğraması nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan ərəb turistlərdən 16 nəfər Şamaxı rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Bu barədə Trend-ə Şamaxı rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Məlumata əsasən, müraciət edənlərdən 10 nəfər ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb, 6 nəfər isə xəstəxananın Cərrahiyyə şöbəsinə yerləşdirilib. Həmin 6 yaralı — Əhməd Nasir, Rəvan Hüseyn, Abbas Yusif, Ömər Xalid, Rəvan Əsir və Fatimə Əsir avqustun 30-da günorta saatlarında xəstəxanadan köçürülüb.

Bildirilir ki, sürücünün idarəetməni itirməsi nəticəsində "Hyundai" markalı mikroavtobus dərəyə aşıb. Kanal S xəbər verir ki, hadisə avqustun 29-da axşam saatlarında İsmayıllı Muğanlı yolunda olub. Qəza nəticəsində 2 nəfər həyatını itirib, 16 nəfər xəsarət alıb.

Yaralılardan bəzilərinin şəxsiyyəti məlumdur. Avtobusdakıların hamısı Azərbaycana gələn ərəb turistlər olub. Turistlər Qəbələdən Bakıya qayıdırmış.

Əlaqədar

Ərəblər Azərbaycanda "ölü diriltməyə" başlayıblar
Ərəb turistlər barədə bilmədikləriniz
Bakıda oteldə ərəb turistinin cəsədi aşkarlandı
Bakıda ərəblərin sayı buna görə artıb
Azərbaycana hər gün 600-dən çox ərəb turist gəlir
Teqlər:
İsmayıllı, ərəb, Qəbələ, avtobus, Bakı, turist, qəza

Əsas mövzular