Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

2 gündə 22 mindən artıq yol hərəkəti qayda pozuntusu aşkarlanıb

© azpress.azYol polisi
Yol polisi - Sputnik Azərbaycan
Abunə olmaq
Onlardan 10 mindən çoxu foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanıb

BAKI, 29 avq — Sputnik. DİN Baş Dövlət Yol Polisi İdarəsi avqustuın 27-28 tarixlərində ölkə üzrə keçirilən reydlərin nəticələrinə dair məlumat yayıb. İdarədən Sputnik-ə verilən məlumata görə, yol hərəkəti qaydalarının pozulması, nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsi hallarının qarşısının alınması istiqamətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən reydlər ötən həfətə də davam edib.

Respublika ərazisində təkcə şənbə və bazar günlərində bütövlükdə 22 mindən artıq yol hərəkəti qayda pozuntusu aşkar edilib ki, onlardan da 10 mindən çoxu foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanıb. Qalan 12 mindən çox qayda pozuntusu, yol hərəkətinə nəzarəti həyata keçirən dövlət yol polisi qurumlarının əməkdaşları tərəfindən aşkarlanıb ki, onlardan da 163-ü nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi faktlarıdır.

Xəbər lenti
0