Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İtaliya sahillərində 1000-dən çox miqrant xilas olunub

© REUTERS / Yara Nardi/Italian Red Cross/Handoutİtaliya sahillərində miqrantların xilas edilməsi. 18 avqust 2016-cı il
İtaliya sahillərində miqrantların xilas edilməsi. 18 avqust 2016-cı il - Sputnik Azərbaycan
Abunə olmaq
Əməliyyat zamanı ölən və xəsarət alan olmayıb. Miqrantlar İtaliyanın cənub limanlarına çatdırılıb.

BAKI, 29 avq — Sputnik. Avqustun 28-də Siciliya boğazında hava ilə doldurulmuş rezin qayıqlarla Liviyadan İtaliyaya keçmək istəyən 100-dən çox miqrant xilas edilib.

Bu barədə İtaliya Sahil Mühafizə Xidmətinin məlumatında bildirilir.

Ümumilikdə gün ərzində İtaliya Sahil Mühafizə Xidməti və  Hərbi-Dəniz Qüvvələrinin gəmiləri “Open Arms” qeyri-hökumət təşkilatının iştirakı 11  əməliyyat həyata keçirib.

Əməliyyat zamanı ölən və xəsarət alan olmayıb. Miqrantlar İtaliyanın cənub limanlarına çatdırılıb.

Xəbər lenti
0