Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Hacıqabulda dəhşət: 8 adam 1 nəfəri döyə-döyə öldürdü

© Photo : APAPolis avtomobili
Polis avtomobili - Sputnik Azərbaycan
Abunə olmaq
Kolanı kənd sakini, 1970-ci il təvəllüdlü Şirəliyev Cahangir Sərhəd oğlu qan düşmənçiliyi zəminində 8 nəfər tərəfindən dəmir ling və digər küt alətlərlə döyülərək qətlə yetirilib

BAKI, 18 avq — Sputnik. Hacıqabulda 46 yaşlı rayon sakini qətlə yetirilib. APA-nın məlumatına görə, qətl hadisəsi səhər saatlarında Hacıqabul rayonunun Kolanı kəndində qeydə alınıb. Kolanı kənd sakini, 1970-ci il təvəllüdlü Şirəliyev Cahangir Sərhəd oğlu qan düşmənçiliyi zəminində 8 nəfər tərəfindən dəmir ling və digər küt alətlərlə döyülərək qətlə yetirilib. Ağır zərbələr alan C.Şirəliyev hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, qətlə yetirilən şəxsin atası Kolanı kənd sakini, 1934-cü il təvəllüdlü Şirəliyev Sərhəd Səhət oğlu ötən il avqustun 8-də qohumu, 1971-ci il təvəllüdlü Ədilov Habil Nəcəf oğlunu ov tüfəngindən açdığı atəşlə qətlə yetirib. Bu gün səhər saatlarında baş verən qətldə mərhum Habil Ədilovun qardaşları və yaxın qohumları iştirak edib.

Hadisə ilə əlaqədar bir neçə nəfər saxlanılıb. Faktla bağlı Hacıqabul rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər lenti
0