10:26 17 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0260
  • USD1.7000
  • EUR1.9649
Məşhur azərbaycanlı avtoritet Rövşən Lənkəranski

Rövşən Lənkəranski sağdır

© Foto : PUBLIC DOMAIN
HADİSƏ
Qısa URL
21859105

Məşhur azərbaycanlı kriminal avtoritet hazırda xəstəxananın reanimasiya şöbəsindədir

BAKI, 18 avq — Sputnik. İstanbulda bir oteldən çıxan, Azərbaycan nömrəli, bahalı avtomobil çarpaz atəşə məruz qalıb. Hadisə nəticəsində, avtomobilin sahibi, azərbaycanlı iş adamı yaralanıb, sürücüsü isə həyatını itirib.

Sputnik "Doğan" xəbər agentliyinə istinadla xəbər verir ki, cinayətkarlar ucuna susdurucu qoyulmuş uzun lüləli tüfəng və silahı hadisə yerində qoyaraq qaçıblar. Oteldən çıxan "Range Rover" markalı maşın 10 metr irəlidə pusqu quranların silahlı hücumuna məruz qalıb. Çarpaz atəşə tutulan avtomobil dəlik-deşik edilib.

Avtomobilin içərisində olan azərbaycanlı iş adamı Rövşən Əliyev və adı bilinməyən sürücüsü ağır yaralı olaraq təcili yardımla xəstəxanaya aparılıb. Hadisədən sonra bölgəyə çox sayda polis sövq edilib. Zirehli bir polis maşını ətrafda təhlükəsizlik tədbirləri alıb.

"Florance Nightingale" xəstəxanasına aparılan sürücü həyatını itirib. Yaralı iş adamı Ravşan Əliyevin isə "Şişli Etfal" xəstəxanasında müalicə altına alınıb. Polis qaçanların tutulması üçün tədbirlər görür.

Hücuma məruz qalan şəxsin azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranski olduğu məlum olub. Lənkəranskinin yaxın qohumu, millət vəkili Fəzail Ağamalı bizimyol.info-ya açıqlamasında faktı təsdiqləyib və hadisə nəticəsində Rövşənin həyatını itirdiyini bildirib.

"Mən məlumat öyrənməyə çalışdım. Çox çətinliklə də olsa, öyrənə bildim. Çox təəssüf, çox dəyərli oğul idi", — deputat bildirib.

Qeyd edək ki, Fəzail Ağamalının qardaşı qızı, Rövşən Lənkəranskinin qardaşının həyat yoldaşıdır.

Lakin Şişli Hamidiyə Etfal Tədris və Araşdırma Xəstəxanasından Sputnik-ə verilən məlumata görə, R. Lənkəranski həyatını itirməyib: "Xəstə hazırda reanimasiyadadır. Vəziyyəti ağırdır. Ona lazımi tibbi yardım göstərilir. Həyatını itirdiyi barədə məlumatlar yalandır. Detallı məlumat yaxınlarına verilib. Hazırda xəstənin yaxınları xəstəxanadadır".

Qeyd edək ki, R. Lənkəranskinin əsl soyadı Canıyevdir. Lakin İtaliya interpolu onun barəsində axtarış elan etdiyi üçün, hazırda Türkiyədə Rövşən Əliyev ad-soyadı ilə yaşayır. Və o, bu soyadla iki dəfə Ukraynada saxlanılaraq deport olunub.

Əlaqədar

Azərbaycanda böyük kriminal kataklizmlər təhlükəsi
Qadınlarla bağlı kriminal xəbərləri yaymalı, yoxsa yaymamalı?!
Teqlər:
Rövşən Canıyev, Rövşən Əliyev, Rövşən Lənkəranski, kriminal

Əsas mövzular