Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Keçmiş arvadını qətlə yetirdi, baldızını isə yaraladı

© Sputnik / Ilham MustafaGəncədə ər keçmiş arvadını qətlə yetirib
Gəncədə ər keçmiş arvadını qətlə yetirib - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisəni törədib qaçan Samux rayon sakini polis tərəfindən saxlanıb

BAKI, 17 avq — Sputnik. Gəncə şəhərində kişi, qısqanclıq zəminində keçmiş həyat yoldaşını öldürüb, onun baçısını isə yaralayıb. O, hadisə yerindən qaçsa da, bir müddət sonra polis tərəfindən saxlanıb.

Gəncə Şəhər Prokurorluğundan Sputnik-in bölgə müxbirinə verilən məlumata görə, avqustun 17-də Samux rayon sakini, 1984-cu il təvəllüdlü Ruslan Qurbanov keçmiş həyat yoldaşı, 1986-ci il təvəllüdlü Məhəbbət Vəliyevanı bıçaqla qətlə yetirib. R. Qurbanov həyat yoldaşını şəhərin Cavad xan qəsəbəsində yaşayan keçmiş baldızı, 1983-ci il təvəllüdlü Naibə Vəliyevanın evində qətlə yetirib.

© Sputnik / Ilham Mustafa"Məhkəmə tibbi-ekspertiza və patoloji anatomiya" birliyinin Gəncə şəhər şöbəsi
Məhkəmə tibbi-ekspertiza və patoloji anatomiya birliyinin Gəncə şəhər şöbəsi - Sputnik Azərbaycan
"Məhkəmə tibbi-ekspertiza və patoloji anatomiya" birliyinin Gəncə şəhər şöbəsi

Cinayəti törədən şəxs N. Vəliyevanı da sol bud nayihəsindən bıçaqla yaralayıb və daha sonra hadisə yerindən qaçıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində R. Qurbanov polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, R. Qurbanovla Məhəbbət Vəliyevanın 3 övladı var. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər lenti
0