Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Kürəkən qaynatasını və həyat yoldaşını qanına qəltan etdi

© Sputnik / Ilham MustafaDaşkəsən rayonun Bayan kəndi
Daşkəsən rayonun Bayan kəndi - Sputnik Azərbaycan
Abunə olmaq
Döş qəfəsinin kəsilmiş deşilmiş yarası xəsarəti ilə əməliyyata alınan qaynatanın vəziyyəti ağırdır. Hadisədən sonra özünə də bıçaqla xəsarət yetirən şəxsin vəziyyəti isə orta-ağır qiymətləndirilir.

BAKI, 16 avq — Sputnik. Daşkəsən rayonunun Bayan kəndində yaşayan qızının evinə qonaq gələn Bakı şəhər sakini, 1947-ci il təvəllüdlü İbrahim Teyyubəliyev, ailə münaqişəsi zəmnində kürəkəni, 1978-ci il təvəllüdlü Mübariz Kərimov tərəfindən bıçaqlanıb. Münaqişə zamanı M.Kərimov həyat yoldaşı, 1979-cuil təvəllüdlü Mərizə Kərimovaya da bıçaqla xəsarət yetirib.

© Sputnik / Ilham MustafaDaşkəsən rayonun Bayan kəndi
Daşkəsən rayonun Bayan kəndi - Sputnik Azərbaycan
Daşkəsən rayonun Bayan kəndi

Daha sonra isə M. Kərimov özünü bıçaqlayıb. Hər üç yaralı Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Döş qəfəsinin kəsilmiş deşilmiş yarası xəsarəti ilə əməliyyata alınan İ. Teyyubəliyevin vəziyyəti ağırdır. M. Kərimova və həyat yoldaşının vəziyyəti isə orta-ağırdır. Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər lenti
0