Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda Ticarət Mərkəzində baş verən yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənib

© Photo : FHNПожарные машины МЧС Азербайджана. Архивное фото
Пожарные машины МЧС Азербайджана. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
“BİG” Store ticarət mərkəzinin 300 m2 sahəsi yanıb. Yüksək temperaturdan tavan 1050 m2 sahədə dağılıb.

BAKI, 13 avq — Sputnik. Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda ticarət mərkəzində baş verən yanğınla bağlı məlumat açıqlayıb.

Sputnik-in FHN-in saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 4000 kvadratmetr “BİG” Store ticarət mərkəzinin 300 m2 sahəsi yanıb. Yüksək temperaturdan tavan 1050 m2 sahədə dağılıb. Hadisə zamanı yaşayış binasından 90 nəfər sakin (30 nəfər uşaq, 60 nəfər sakin) yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə olunub, onlardan 10 nəfəri tüstüdən zəhərlənmə diaqnozu ilə təcili yardım tərəfindən Toksikologiya şöbəsinə aparılıb.

Ticarət mərkəzinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın saat 09:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti
0