Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şəkidə zəncirvari yol qəzası baş verib

© Sputnik / Valeriy MelnikovXəstəxana - Hospital
Xəstəxana - Hospital - Sputnik Azərbaycan
Abunə olmaq
Qəzaya səbəb mikroavtobusun əyləc sisteminin sıradan çıxması və nəticədə işıqforun qırmızı işığında hərəkətini dayandıra bilməməsi olub

BAKI, 27 iyul — Sputnik. Şəkidə 3 nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol qəzası baş verib. Sputnik-in bölgə müxbiri xəbər verir ki, hadisə Şəkinin Sabit Rəhman küçəsində qeydə alınıb.

Hadisə zamanı "Mercedes" markalı mikroavtobus əvvəlcə VAZ 21099 markalı avtomobillə, sonra həmin avtomobil isə Niva markalı avtomobillə toqquşub. Nəticədə hər 3 avtomobilə ciddi ziyan dəyib.

Mikroavtobustakı sərnişinlərdən 2, Nivada isə 1 nəfər xəsarət alıb. Yaralılar dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Onlardan birinin vəziyyəti ağır olduğundan əməliyyat olunub, reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin ehtimala görə, qəzaya səbəb mikroavtobusun əyləc sisteminin sıradan çıxması və nəticədə işıqforun qırmızı işığında hərəkətini dayandıra bilməməsi olub. Faktla bağlı araşdırmalar aparılır.

Xəbər lenti
0