BAKI, 26 iyul — Sputnik. Bakı şəhəri, Qaradağ rayonunda mənzildən oğurluq olub. Sputnik xəbər verir ki, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, ev 7-də yaşayan 1979-cu il təvəllüdlü Samin Cabbarova məxsus mənzildən pəncərəni açmaqla 900 ABŞ dolları, 200 manat, 20 min manat dəyərində qızıl-zinət əşyaları və planşet oğurlanıb. Hazırda faktla bağlı araşdırma aparılır.