Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sabah hava küləkli və yağışlı olacaq

CC0 / michaltrnka360 / ВетерВетер в поле. Архивное фото
Ветер в поле. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Havanın temperaturu gecə 22-24 dərəcə isti, gündüz 26-30 dərəcə isti, Bakıda gecə 22-24 dərəcə isti, gündüz 27-29 dərəcə isti olacaq.

BAKI, 23 iyul — Sputnik. İyulun 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-24 dərəcə isti, gündüz 26-30 dərəcə isti, Bakıda gecə 22-24 dərəcə isti, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22 dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacağı gözlənilir.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüz 28-33 dərəcə isti, dağlarda gecə 12-16 dərəcə isti, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti
0