Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İtkin düşmüş Samux sakininin meyiti Daşkəsəndə tapıldı

© Sputnik / Ilham MustafaDaşkəsən rayonu Kəmərqaya kəndi
Daşkəsən rayonu Kəmərqaya kəndi - Sputnik Azərbaycan
Abunə olmaq
Bıçaqlanaraq qətlə yetirilən Məhəmməd İbrahimovun kim və ya kimlər tərəfindən öldürüldüyü hələlik bilinmir

BAKI, 21 iyul — Sputnik. Günlərdi itkin düşmüş Samux rayon sakini, 62 yaşlı Məhəmməd İbrahimovun meyiti Daşkəsən rayonu, Kəmərqaya kəndi ərazisində, çayın kənarında aşkar edilib. Bu barədə Sputnik-in bölgə müxbirinə Daşkəsən Rayon Prokuroluğundan məlumat verilib.

Dünən isə ona məxsus olan "Mercedes" markalı avtomaşın kənd ərazisində tapılıb. Bıçaqlanaraq qətlə yetirilən M. İbrahimovun kim və ya kimlər tərəfindən öldürüldüyü isə hələlik bilinmir. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Xəbər lenti
0