Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakının mərkəzində yaşayış binasında yanğın olub

© Photo : FHNYanğınsöndürmə xidməti
Yanğınsöndürmə xidməti - Sputnik Azərbaycan
Abunə olmaq
Yanğınsöndürənlərin səyi nəticəsində alovun binanın digər mərtəbələrinə yayılmasının qarşısı vaxtında alınıb

BAKI, 14 iyul — Sputnik. Bu gün paytaxtın Səbail rayonu ərazisində, Bülbül prospekti-3 ünvanında yerləşən binada baş verən yanğın barədə məlumat saat 14:32-də daxil olub. Yanğının söndürülməsi üçün dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri cəlb edilib.

Пожарные машины МЧС Азербайджана. Архивное фото - Sputnik Azərbaycan
HADİSƏ
Hacıqabulda güclü yanğın oldu, Eldar şamları yanaraq məhv oldular

Sputnik AZƏRTAC-a istinadən xəbər verir ki, bunu FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qərargahının rəisi Əkbər Novruzov jurnalistlərə müsahibəsində deyib. Onun sözlərinə görə, alov 40 dəqiqə ərzində tamamilə söndürülüb.

Qeyd edilib ki, hadisə yerinə ərazi üzrə Səbail və Nəsimi rayonlarının yanğından mühafizə hissələrinin yanğın bölmələri cəlb olunub. İlk yanğın bölməsi təxminən üç dəqiqə ərzində hadisə yerinə çatıb. Yanğın hazırda təmir işləri aparılan beşmərtəbəli binanın ikinci mərtəbəsində baş verib. Binanın mərtəbələri arasındakı örtüklər taxtadan olduğundan yanğın qısa müddətdə geniş əraziyə yayılaraq təxminən 240 kvadratmetr sahəni əhatə edib.

Yanğınsöndürənlərin səyi nəticəsində alovun binanın digər mərtəbələrinə yayılmasının qarşısı vaxtında alınıb. Lakin tüstünün təsiri yaxınlıqdakı digər binalardakı mənzillərin sakinlərinə təhlükə yaratdığı üçün həmin şəxslər yanğınsöndürənlər tərəfindən təxliyə ediliblər.

Bildirilib ki, yanğın baş verən binada hazırda təmir işləri aparıldığından elektrik və qaz təsərrüfatı dayandırılıb. Hazırda Dövlət Yanğın Nəzarəti Xidməti yanğının başvermə səbəblərini araşdırır.

Xəbər lenti
0