Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ölkəyə qanunsuz yolla civə keçirilməsinin qarşısı alınıb

© DGKSərhəddən keçirilən civə
Sərhəddən keçirilən civə - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcüstan vətəndaşının çantasından, xalis çəkisi 100 qram olan civə aşkar olunaraq götürülüb

BAKI, 14 iyul — Sputnik. Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunu piyada yolla keçən Gürcüstan vətəndaşının əl yükünə rentgen aparatı vasitəsilə baxış keçirilib. Nəticədə gömrük əməkdaşı çantada olan DVD pleyerin içərisində şübhəli qaraltılar müşahidə edib.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, hal şahidlərinin iştirakı ilə çantada olan yüklərə təkrar baxış keçirilib və yoxlama zamanı çantadakı DVD pleyerin içərisindən, xalis çəkisi 100 qram olan civə aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0