Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda qəbiristanlıq yandı

© Photo : REPORT IAŞabran rayonu ərazisində yerləşən Xaltan qəbirstanlığında yanğın baş verib
Şabran rayonu ərazisində yerləşən Xaltan qəbirstanlığında yanğın baş verib - Sputnik Azərbaycan
Abunə olmaq
Yanğın ümumilikdə 80 hektar əraziyə yayılıb. Hadisə nəticəsində qəbirlərin bir çoxunun sinə və baş daşları tanınmaz hala düşüb. Yanğın Şabran meşə massivinə keçməsinə 3 km qalmış söndürülüb.

BAKI, 7 iyul — Sputnik. Şabran rayonu ərazisində yerləşən Xaltan qəbirstanlığında bu gün günorta saatlarında yanğın baş verib. "Report"un Şimal bürosu xəbər verir ki, yanğın Taxtalar kənd ərazisinin biçilmiş əkin sahəsində başlayıb və qəbirstanlığa keçib. Yanğın nəticəsində qəbirlərin bir çoxunun sinə və baş daşları tanınmaz hala düşüb.

Пожарные машины МЧС Азербайджана. Архивное фото - Sputnik Azərbaycan
HADİSƏ
Hacıqabulda güclü yanğın oldu, Eldar şamları yanaraq məhv oldular

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şabran rayon Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın Şabranın Dağbilici kənd ərazisinə keçib. Ətraf əraziləri bürüyən yanğının söndürülməsinə kənd sakinləri də qoşulublar.

İlkin ehtimallara görə, Şabran ərazisində yerləşən Xaltan qəbirstanlığında başlayan yanğına səbəb həmin qəbirstanlığı ziyarət edənlərin əraziyə atdığı siqaret kötükləri olub. Qəbirstanlıqda 300-ə yaxın qəbir var, bir sıra qəbirlərə ziyan dəyib, bütün ağacların gövdəsi yanıb.

Nəhayət, yanğın söndürülüb. Xaltan qəbirstanlığında başlayan yanğın ümumilikdə 80 hektar əraziyə yayılıb. Yanğından mühafizə xidmətinin, həmçinin rayonda xidmət aparan polis əməkdaşlarının, eləcə də yerli sakinlərin səyi nəticəsində yanğını söndürmək mümkün olub. Yanğın Şabran meşə massivinə keçməsinə 3 km qalmış söndürülüb.

Xəbər lenti
0