Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Baku Steel Company"də güclü partlayış baş verib

© Photo : 1news.az"Baku Steel Company" zavodunun inzibati binası
Baku Steel Company zavodunun inzibati binası - Sputnik Azərbaycan
Abunə olmaq
Nəticəsində beş nəfər xəsarət alıb. Yaralılar müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

BAKI, 1 iyul — Sputnik. Bakı şəhəri, Nərimanov rayonu, Z.Bunyadov prospektində yerləşən "Baku Steel Company" zavodunda istehsalat qəzası nəticəsində partlayış baş verib. "Report"un xəbərinə görə, partlayış nəticəsində beş nəfər xəsarət alıb.

Maşın bazarında baş verən yanğın - Sputnik Azərbaycan
HADİSƏ
"Maşın bazarı"nda 60-dan çox mağaza külə dönüb

Həmin şəxslər zavodda işləyənlər — Sumqayıt şəhər sakini, 1951-ci il təvəllüdlü Ələsgər Ələsgərov, Masallı rayon sakini, 1970-ci il təvəllüdlü Elsevər İbadullayev, 1971-ci il təvəllüdlü Məmməd Kərimov, Şabran rayon sakini, 1959-cu il təvəllüdlü Nüsrətdin Səfərov və 1982-ci il təvəllüdlü Natiq Salmanovdur.

Yaralılar müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Ə. Ələsgərov və E.İbadullayev tibbi yardım aldıqdan sonra evə buraxılıb, digər yaralıların vəziyyəti stabil ağırdır. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0