Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ölkəyə gətirilən meyvədə xəstəlik aşkarlandı

© AP Photo / Paul SakumaAvokado
Avokado - Sputnik Azərbaycan
Abunə olmaq
Keniya mənşəli avokado meyvəsi Azərbaycana Niderland Krallığından idxal olunub

BAKI, 1 iyul — Sputnik. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti 1150 kiloqram Keniya mənşəli avokado meyvəsinin göbələk mənşəli xəstəliyə yoluxduğunu və mikotoksinlərin yüksək dərəcədə olduğunu müəyyən edib. Nazirliyin mətbuat xidmətindən Sputnik-ə bildiriblər ki, meyvələr Niderland Krallığından Azərbaycana idxal olunub.

Meyvənin qidaya yararsız olduğu bildirilib və dövriyyədən çıxarılması üçün "Təmiz Şəhər" ASC-yə məxsus Bakı Bərk Məişət Tullantıları zavodunda karantin tədbirləri sisteminə riayət etmək şərtilə termik üsulla məhv edilməsi qərara alınıb.

Xatırladaq ki, Dövlət Fitosanitar Nəzarəti Xidməti Azərbaycana daxil olan kənd təsərrüfatı məhsulları üzərində təhlükəsizliyə və keyfiyyətə nəzarəti gücləndirilmiş şəkildə davam etdirir.

Xəbər lenti
0