Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Məşhur təyyarə havada alışıb

© AFP 2023 / ROSLAN RAHMAN"Singapore Airlines" aviaşirkətinə məxsus "Boeing 777-300ER" hava gəmisi Çanqi hava limanında
Singapore Airlines aviaşirkətinə məxsus Boeing 777-300ER hava gəmisi Çanqi hava limanında - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisəyə səbəb təyyarənin mühərrikində yaranan problem olub

BAKI, 27 iyun — Sputnik. "Singapore Airlines" aviaşirkətinə məxsus "Boeing 777" sərnişin təyyarəsi anidən alışaraq yararsız hala düşüb. Sputnik news.com-a istinadən xəbər verir ki, hadisəyə səbəb təyyarənin mühərrikində yaranan problem olub.

HADİSƏ
Bakı-İstanbul təyyarəsi quş dəstəsi ilə toqquşub

Ani yanğına görə "Boeing 777" sərnişin təyyarəsi qayıtmağa məcbur olduğu Çanqi hava limanında təcili eniş edib. Təyyarədə olan 222 sərnişin və 19 ekipaj üzvü hadisə nəticəsində xəsarət almayıb. Alovlanan mühərrik Sinqapur hava limanının fövqəladə xidmət əməkdaşları tərəfindən söndürülüb.

"Singapore Airlines" aviaşirkətinin təyyarəsi səhər tezdən Sinqapurdan Milana uçub, lakin iki saatdan sonra heyət üzvləri mühərrikdə baş verən nasazlıqdan xəbər tutub və havaya qalxdıqları hava limanına geri qayıtmaq qərarına gəlib.

Xəbər lenti
0